ABŞ-ın “Goldman Sachs” bankı Rusiyadakı fəaliyyətini dayandırıb.
“Goldman Sachs” tənzimləyici və lisenziyalaşdırma orqanlarının tələblərinə uyğun olaraq Rusiyada biznesini məhdudlaşdırır”, - deyə şirkətin bəyanatında bildirilib.
Qeyd edək ki, maliyyə şirkəti Ukraynada hərbi əməliyyata başladıqdan sonra ABŞ-ın iri banklarından ilk olaraq Rusiya Federasiyasında fəaliyyətini dayandırıb.
“Goldman Sachs”ın Rusiyaya kredit investisiyalarının ümumi həcmi 2021-ci ilin sonunda təxminən 650 milyon dollar təşkil edib. Bankın əsas müştəriləri hüquqi şəxslər arasından qeyri-dövlət təşkilatlarıdır.
Bundan sonra “Goldman Sach”s Rusiya ilə əlaqəli korporativ istiqrazların ticarətində vasitəçi kimi çıxış etməyə davam edəcək.
Oxu.Az