gomruk-komitesi-budceye-odenislerini-40-artirib

Gömrük Komitəsi büdcəyə ödənişlərini 40% artırıb

Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 1 milyard 14 milyon 70 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 287 milyon 80 min manat və ya 39,5% çoxdur.

İnsider.az xəbər verir ki, DGK-nın aylıq hesabatına görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 34 milyon 437,3 min manat və ya 17,85% artaraq 227 milyon 314,6 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 201 milyon 391 min manat və ya 40,4% artaraq 699 milyon 856,7 min manat, aksizlər 49  milyon 662,9 min manat və ya 2,8 dəfə artaraq 77 milyon 73,1 min manat, yol vergisi üzrə daxilolmalar isə 1 milyon 588,8 min manat və ya 19,3% artaraq 9 milyon  825,6 min manat təşkil edib.

© Report