gomruk-komitesinin-100-e-yaxin-emekdasi-teqaude-gonderildi-yenilenib

Gömrük Komitəsinin 100-ə yaxın əməkdaşı təqaüdə göndərildi - YENİLƏNİB

Dövlət Gömrük Komitəsində 100-ə yaxın əməkdaş təqaüdə buraxılıb.

Bu barədə Gununsesi.info-ya adıçəkilən komitədən verilən məlumatda bildirilir.

Məlumata görə, təqaüd yaşına çatmış əməkdaşlar rəhbərliyə müraciət edərək fəaliyyətlərinə xitam verilməsini istəyiblər.

Qeyd edək ki, həmin şəxslərin əksəriyyəti təqaüd yaşına çoxdan çatsa da, komitə sədrinin əmri ilə hər il xidmətdə qalıblar.

10:53

Dövlət Gömrük Komitəsinin (DGK) sədr əvəzi, general-leytenant Şahin Bağırov gömrük əməkdaşlarını kütləvi şəkildə işdən çıxarıb.

Sədr əvəzi əməkdaşları narkoloji analizdən keçirib.

Belə ki, Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb.

Bundan sonra Şahin Bağırov onları işdən azad edib.

Unikal