2019-cu ilin yanvar-iyul aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 2 milyard 478 milyon 555 min manat olub.
İnsider.az xəbər verir ki, yeddi ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 596 milyon 928 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 693 milyon 276 min manat, aksizlər üzrə 162 milyon 447 min manat, yol vergisi üzrə isə 25 milyon 903 min manat təşkil edib.