“Google” Avrokomissiyanın tətbiq etdiyi cəriməyə etiraz edəcək. İnsider.az bu barədə “vc.ru”-ya istinadla xəbər verir.
2019-cu ilin mart ayında Avropa İttifaqının antiinhisar orqanı “AdSense” reklam servisinin işi üzrə “Google”, məlum olduğu kimi, 1,7 milyard dollar cərimələmişdi. Avrokomissiya şirkətin öz bazardakı dominant mövqeyi ilə sui-istifadə etdiyinə və rəqiblərin reklamına olan müqavilələri məhdudlaşdırdığına qərara gəlmişdi.
İndi isə “Google” cəriməni Avropa məhkəməsinə şikayət etmək qərarına gəlib. Şirkət artıq apellyasiya şikayətini edib, lakin apellyasiya tələbləri açıqlanmır.
Şirkətin bəyanatına cavab olaraq Avrokomissiyada isə öz qərarını qoruyacaqlarını bildiriblər.
Samirə Məmmədova