google-un-rehberi-yene-de-mukafatdan-imtina-etdi

“Google”-un rəhbəri yenə də mükafatdan imtina etdi

“Google”-un baş direktoru Sundar Piçai 2018-ci il yekunları üzrə səhm şəklindəki mükafatı götürməməyə qərar verib. İnsider.az bu barədə “Bloomberg”-ə istinadla yazır.

Resursun məlumatına əsasən, Piçai ildə 650 min dollar əmək haqqı alır. 2016-cı ildə o, səhm şəklində təqribi 199 milyon dollar məbləğində mükafat almışdı. Bu məbləğ ona 2019-cu ilədək rüblük olaraq hesablanmalı idi. Mənbələrin sözlərinə görə, Piçai 2018-ci ildə 2017-ci il üzrə mükafatlardan imtina etmişdi. Nəşrin izahına görə, ona artıq kifayət qədər ödəniş olunduğunu hesab edib. Piçainin imtina edə biləcəyi səhm paketinin həcmi və dəyəri naməlumdur.

“Bloomberg” mənbələrə istinadla xatırladır ki, cari ilin əvvəlində “Google”-un əməkdaşlarından biri müşavirə zamanı nəyə görə top-menecerin sıravi əməkdaşların Silikon vadisində sağ qalmağa çalışdıqları vaxt milyonlarla dollar aldıqlarını soruşmuşdu.

Qeyd edək ki, Piçainin vəzifəyə gəlişindən bəri “Alphabet” səhmlərinin 50% artdığı deyilir. Özü də vəzifədə olduğu vaxt o, bir neçə qalmaqalla başa çıxmalı olub (əməkdaşların təcavüzlərə qarşı etirazı, Pentaqonla və Çin hakimiyyətilə əməkdaşlıq).

Samirə Məmmədova