google-wi-fi-sifrelerini-yigdigina-gore-cerimelendi

Google Wi-Fi şifrələrini yığdığına görə cərimələndi

Google-un Küçə Görüntüsü (Street View) xidməti bazasının istifadə görüntüləri yığarkən ətrafdakı bütün Wi-Fi şifrələrini icazəsiz qeyd etdiyi ortaya çıxıb.

İnsider.az Türkiyə mediasına istinadən xəbər verir ki, Google, Street View tətbiqiylə dünyada bir çox yerin 360 dərəcəlik fotoşəkillərini çəkərək virtual gəzintilər hazırlayır. Həm kompüterlərdə, həm də mobil cihazlarda istifadə olunan Küçə Görüntüsü (Street View) xidmət bazasının görüntülərini toplarkən ətrafdakı bütün Wi-Fi şifrələrini icazəsiz qeyd etdiyi məlum olub.

2007- 2010-ci illər arasında reallaşan və 30 ölkəni əhatə edən hadisə sonrası Google 'səhvən oldu' şəklində açıqlama verdi, ancaq şirkətin qəsdən cihazlarına bu proqramı yüklədiyi təsbit edildi.

Hadisə sonrası ABŞ-da 38 əyalətdə eyni vaxtda başlanan iddia məhkəməsi nəticəsində Google 7 milyon dollarlıq cəza almaqla yanaşı şirkətin sözügedən proqramın ləğvi tələb olundu.

Şirkət bu tələbə əsasən qeyd etdiyi bütün məlumatları sildiyini açıqladı. Ancaq həmin cəzanı kafi hesab etməyən şikayətçilərin tələbi ilə 2010-ci ildən bu günə qədər davam edən məkhəmə sonlandırılıb. Google 13 milyon dollar ödəməyə məhkum edilib.

Google-un bütün əlavə xidmətlərini əhatə edən "Alphabet" şirkətinin ötən il 30 milyard dollardan çox gəlir əldə etdiyi düşünsək, 13 milyon dollarlıq cəza Google-un yalnız bir çərəz puludur.

Nübar Lətifli