İyunun 29-na keçən gecə planetdə maqnit qasırğası gözlənilir.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Rentgen Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
Geomaqnit qasırğasının gecə yarısı başlayacağı və səhərə yaxın bitəcəyi gözlənilir.
Maqnit qasırğasının gücünün ən aşağı G1 səviyyəsində olacağı qeyd olunub.
Oxu.Az