ABŞ avtomobil nəhəngi “Ford Motor Co.”-nun xalis gəliri 2019-cu ilin birinci rübündə 2018-ci ilin analoji dövrü müqayisədə 34%, yəni 1,146 mlrd dollara qədər azalıb.
İnsider.az bu barədə şirkətin hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, “Ford”-un mənfəəfti illik ifadədə 4% azalaraq, 40,342 milyard dollar təşkil edib. Qeyd edək ki, analitiklər mənfəətin 40,43 milyard dollar səviyyətində olacağını gözləyirdilər.
Xatırladaq ki, “Ford” konserninin əsası 1903-cü ildə Henri Ford tərəfindən qoyulub. H.Ford biznesini beş investordan 28 min dollar alaraq yaratmışdı.
Nigar Orucova