“Greenpeace” aktivistləri “BP” neft-qaz şirkətinin Londonun Sent-Ceyms meydanındakı qərargah binasına olan bütün girişləri yeni neft və qaz hasilatının ləğv olunmasını tələb edərək bağlayıblar. İnsider.az bunu təşkilatın “Twitter” səhifəsinə istinadla bildirir.
Fəallar daş blokları vasitəsilə girişlərdə barrikada qurublar. Aksiya iştirakçılarının sözlərinə görə, əvvəlki kimi bizneslə məşğul olmaq daha olmaz, çünki “BP” “iqlim fəlakətini kəskinləşdirir”.
“Evening Standart” resursunun xəbər verdiyi kimi, aksiya “BP”-nin illik müşavirəsinin vaxtına salınıb. Aksiya iştirakçıları, həmçinin tələb ediblər ki, şirkət ancaq təkrar emal olunan enerji mənbəyinə yatırım etməyə başlasın, əks təqdirdə onlar “bütün əməliyyatlarını dayandırıb biznesdən çıxmalı” olacaqlar.
“City A.M.” qəzetinin yazdığına görə, meydana polis çağırılıb.
Samirə Məmmədova