İşdə yüklənmə, çoxlu problem və qəliz məsələlər qarşısında yeni sınaqlar özümüzü yorğun və silahsız hiss etməyə məcbur edir.
İnsider.az yüklənmə şəraitində sağlamlığı qorumağın yollarını təqdim edir:
1. Özünüzdən daha əmin olun
Çox vaxt biz özümüzü lazımi qədər qiymətləndirmirik. Qarşımızda olduqca yüksək hədəflər qoyuruq, özümüzə qarşı həddən çox tələblər irəli sürürük, sonra isə onlara cavab verə bilmədiyimiz üçün özümüzü didirik. Özümüzdən əmin olmaq üçün etdiyimizə reaksiya sxemlərini dəyişməyimiz vacibdir. Bunu bir neçə mərhələdə etmək olar:
• özünüzü səhvlər, yorğunluq (siz onu tənbəllik adlandırırsınız) və kifayət qədər yüksək olmayan nəticələrə görə nə qədər tez-tez danladığınıza və uğurlarınıza görə necə nadir hallarda təriflədiyinizə diqqət edin. Çox güman, özünüzə nə qədər haqsız yanaşdığınızı aşkar edəcəksiniz;
• özünüzü tənqid etməkdən əl çəkin və fikrinizi özünüzü hər şeyə görə tərifləmək üzərində cəmləndirin;
• qəlyanaltıya hazırlanmış yumurtadan tutmuş çatdırdığınız işlərin siyahısına qədər öz bütün kiçik nailiyyətlətinizi qeyd edərək, günün yekularını hər axşam vurduğunuz kağız gündəliyinizin olması pis olmazdı.
2. Planlaşdırın
Yorulduğumuz və xoşagəlməz hallarla üzləşdiyimiz vaxt, ətrafda baş verənlərə nəzarət etmək bizim üçün daha da ağırlaşır. Elə təəssürat yarana bilər ki, ətrafda xaos hökm sürür və bununla heç cür başa gəlmək olmaz. Vəziyyətdən baş çıxarmaq və ayağının altında zəminin olduğunu hiss etmək üçün planlaşmaya və gündəlik rutinliklərin hazırlanmasına daha diqqətlə yanaşmağa başlayın. Bəli, “rutinlik” sözü o qədər də ürəkaçan səslənmir, lakin o da həmçinin “yeni bacarıq tələb etməyən və mənəvi gücü tükətməyən daimi yaxşı tanış olan məşğuliyyətləri” kəsb edir. Məsələn, səhərlər tez-tez ruh düşkünlüyünüz olursa və özünüzü dağınıq hiss edirsinizsə, günün əvvəlini detallarla yazın - duş, dişləri təmizləmək, sıyıq bişirmək, geyinmək, kofe bişirmək, qəlyənaltı etmək və s. Qəliz və xoşagəlməz öhdəlikləri kiçik mərhələlərə bölüb onları bir-birinin ardı ilə icra edin. Əlbəttə, fors-majorları heç kim ləğv etməyib, lakin nə etdiyinizi bilmək hissiniz və hər şeyin necə çalışdığını anlamağınız sizə əminlik gətirəcək.
3. Bərpa olunmağı öyrənin
Təkcə işləri deyil, istirahəti də planlaşdırmaq lazımdır. Özü də, bunun sırf sizə lazım olan istirahətin olması vacibdir. Başqalarının fikrinin və ya “İnstagram”-da şəkillərin təzyiqi altında çoxları özlərinə sadəcə divanda kitabla uzanmağı və ya noutbuk və serialla şənbə-bazarını keçirməyə yol vermir. Dostlarınız meşədə 20 km qaça bildiklərinə və bir istirahət günü ərzində şəhərin bütün muzeylərini gəzməyi bacardıqlarına görə özlərini öydüyü üçün instirahət gününüzdə harasa getməyiniz mütləq deyil. Soyuqların düşməsi və işdə yükün artması ilə həftədə heç olmasa bir gün evdə keçirmək istəyi tam təbiidir.
4. İdmanla məşğul olun
İdman iradənin və özündə əminliyin inkişafı üçün səxavətli resursu, həmçinin yığılmış stressi atmağın sadə üsuludur. Hətta məşq və ya qaçış haqda hesabatı şəbəkədə yerləşdirmədən bir gününü belə keçirməyən hədəfinə yönlənmiş atletlər sizi qıcıqlandırsalar belə, bu, idmandan imtina etmək üçün səbəb deyil. Sadəcə ürəyinizcə olacaq, sizə zövq və güc verəcək olanı tapmaq lazımdır. Əksəriyyətinə əlçatan olan və qrafikdə güclü dəyişikliklərin edilməsini tələb etməyənlərdən cəld addımlı yürüş, velogəzinti, sevdiyiniz musiqi sədası altında rəqsdir (gündə 10-20 dəqiqə). Elədiklərinizin həddindən artıq az olduğunu düşünməyin. Məqsədiniz olimpiya medalını almaq deyil, öz sağlamlığınıza və yaxşı əhvalınıza yatırım etməkdir. Kiçik olandan başlayın, sonra isə kim bilir, bəlkə adət edib fiziki məşq üçün yükünüzü artırdınız. Fiziki yüklərə olan iradə və sevgini inkişaf etdirmək mümkündür.
5. Qidalanmağınızın qayğısına qalın
Çox vaxt streslə baş edə bilmədiyimizi zənn etdiyimizdə, səbəb vacib mikroelementlərin çatışmazlığında olur. Əsas olanların arasında (psixosomatik yüklənmələrdə) maqnezium, selen və B qrup vitaminləridir. Ən yaxşı onlar təbii halda (tünd yaşıl yarpaqlı tərəvəzlər, avokado, çovdar yarması, termik emal olunmamış qoz və tumlar, banan) həzm edilir. Problem ondadır ki, bütün bu ərzaqlar, adətən, yediklərimizin tərkibində nadir halda olur. Çıxış yolu meyvə-tərəvəzli smuzi kimi dadlı içkilər ola bilər.
Samirə Məmmədova