guclu-saxta-masallida-iki-min-abonenti-qazsiz-qoydu

Güclü şaxta Masallıda iki min abonenti qazsız qoydu

Masallı rayonu Təzə Alvadı qaz paylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm ortatəzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb.

Nəticədə iki min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb.

“Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir”, - deyə məlumatda vurğulanıb.

Report