gun-erzinde-nece-addim-atmali-alimlerden-cavab

Gün ərzində neçə addım atmalı? - Alimlərdən cavab

Harvard Tibb Məktəbinin alimləri sağlamlığı möhkəmləndirmək və ölüm riskini azaltmaq üçün gün ərzində nə qədər addımlamağın lazım olduğunu müəyyən ediblər.

İnsider.az bu barədə “The New York Post”-a istinadla xəbər verir.

Tədqiqatçılar dörd il ərzində yaşı 62-dən 101-dək olan 16,7 min qadının həyatını izləyiblər. Eksperiment zamanına sınaqdan keçənlərə addım sayını və hərəkət etmə sürətini ölçən trekerlər verilib.

Eksperiment iştirakçıları həmçinin öz həyat tərzləri, pəhrizləri və mövcud xəstəlikləri barədə ətraflı danışıblar.

Eksperimentin sonuna kimi 504 iştirakçı vəfat edib. Alimlərin sözlərinə görə, ən yüksək ölüm həddi gündə 2,2 mindən az addımlayanların arasında olub. Bununla yanaşı, gündəlik 4,4 min addımlayanların göstəriciləri qat-qat yaxşı olub.

Ən fəal qrup, yəni 7,5 min və daha çox addım edənlər daha da aşağı ölüm həddinə nail olub. Lakin 10 min addıma çatdıqda, əlavə heç bir üstünlük qeyd olunmayıb.

Beləliklə, alimlərin sözlərinə görə, gündəlik optimal addımlama sayı 7,5 mindir.

Samirə Məmmədova