“Günay Bank” ASC-nin Müşahidə Şurasına (MŞ) yeni üzv seçilib.
İnsider.az xəbər veri rki, bu, İlham Budaqovdur.
Bununla da, Bankın MŞ üzvlərinin sayı 5-ə çatıb.
Yeni üzv həm də “Günay Bank”ın Audit Komitəsinə sədrlik edəcək. Bundan başqa, İlham Səfərov də Komitəyə yeni üzv seçilib və qurumun üzvlərinin sayı 3-ə çatıb.
Xatırladaq ki, "Günay Bank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 64,91 milyon manatdır. Bankın səhmlərinin 52,13%-i Mahmud Məmmədova (MŞ-nın sədri), 40,05%-i Yeganə Şirinovaya (“Günay Sığorta” ASC-nin 71,94%-lik səhmdarı), 2,67%-i Günay İldırımzadəyə, 2,31%-i Xanım Məmmədovaya (MŞ-nın keçmiş üzvü, “Günay Sığorta”nın 11,45%-lik səhmdarı), 1,12%-i Samir Cəfərova, 1,1%-i Mahir Xəlilova, 0,63%-i isə Fransa vətəndaşı Əhməd Mehribaniyə məxsusdur.