gunes-aktivliyinin-pik-hedde-catacagi-vaxt-aciqlandi

Günəş aktivliyinin pik həddə çatacağı vaxt açıqlandı

ABŞ Kosmik Hava Proqnozları Mərkəzinin mütəxəssislərinin fikrincə, Günəş 2024-cü ildə cari aktivlik dövrünün pik nöqtəsinə çatacaq.

Bu, 2019-cu ildə proqnozlaşdırılandan bir il daha tezdir.

Yenidən işlənmiş proqnoz 2024-cü ilin yanvar-oktyabr ayları arasında Günəşin öz aktivliyinin maksimumuna çatacağını göstərir.

Bildirilir ki, pik həddi daha erkən başlaması ilə yanaşı, daha güclü olacaq və 2019-cu ildə proqnozlaşdırılandan daha uzun sürəcək.

Oxu.Az