Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
İnsider.az-ın məlumatına görə, rəsədxanadan bildiriblər ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. 10 MeV-dən çox enerjili proton seli fon səviyyəsində stabil qalıb. Ümumi maqnit sahəsi 13 nT intervalında dəyişib.
Mayın 31-dən iyunun 1-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
2 MeV-dən çox enerjili elektron selinin Günəş küləyi sürəti artdığından yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.
Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək, iyunun 1-də isə fon rejiminə qayıdacağı gözlənilir.
Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı mayın 31-də 5 faizdən, iyunun 1-də isə 1 faizdən aşağı qiymətləndirilir.
©AZƏRTAC