Martın 29-dan yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində “Güneşi söndürmem gerek” Türk romatik dramın nümayişi başlayır.
Filmin rejissoru Hande Türkel.
Baş rolları Serra Arıtürk, Samet Kaan Kuyucu və Gürberk Polat canlandırıblar.
Yaş həddi 16+.
Film haqqında qısaca: Umut onun üçün mükəmməl ola biləcək həyat yaşayan bir gəncdir. Ancaq həyatında ən dəyərli varlığı olan sevgilisi Anılı itirdikdə hər şey alt-üst olur. Pərişan olan Umut həyatına qaldığı yerdən davam etməkdə çətinlik çəkir. Ancaq bu zaman heç gözləmədiyi bir reallıqla qarşılaşır və onunla üzləşmək məcburiyyətində qalır.