gurcu-larisi-mohkemlenib

Gürcü larisi möhkəmlənib

Gürcüstanın milli valyutası dollar və avroya qarşı nisbətən möhkəmlənib.

Insider.az xəbər verir ki, Gürcüstan Milli Bankının avqustun 10-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 0,0128 lari ucuzlaşaraq 2,9360 lariyə bərabər olacaq.

Avronun sabahkı rəsmi dəyəri isə 3,2898 lari təşkil edəcək. Bugünkü məzənnə ilə müqayisədə bu xarici valyuta 0,0140 lari ucuzlaşıb. 

©Report