gurcustan-benzin-ve-dizel-yanacaginin-20-ni-azerbaycandan-alib

Gürcüstan benzin və dizel yanacağının 20%-ni Azərbaycandan alıb

Neft məhsullarına tələbatının təqribən 100%-ni idxal hesabına təmin edən Gürcüstan 2019-cu ilin yanvar-iyun aylarında ölkəyə 494,3 min ton benzin və dizel yanacağı tədarük edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 4,4% azdır. Bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları İttifaqı məlumat verir.

2019-cu ilin 6 ayı ərzində ölkəyə 259,7 min ton benzin (il ərzində artım 1,2%) və 234,6 min ton dizel yanacağı idxal olunub (azalma 10,9%).

Məlumata əsasən, ötən il olduğu kimi, Gürcüstana yanacağın əksər həcmi Rusiyadan idaxl olunub – yanvar-iyun ayları ərzində tədarük 5,7% - 151,8 min tonadək artıb (idxalın ümumi həcminin 30,7%-ni təşkil edib). Daha sonra 130,2 min ton yanacaq ilə Rumıniya (artım 26,3%), 97 min ton ilə Azərbaycan (artım 19,6%), 47 min ton ilə Bolqarıstan (9,5%), 42,6 min ton ilə Türkmənistan (8,6%), 25,1 min ton ilə Yunanıstan (5,1%) və s. ölkələr gəlir. 

© İnterfaks-Azərbaycan