gurcustan-milli-bankinin-valyuta-ehtiyati-azalib

Gürcüstan Milli Bankının valyuta ehtiyatı azalıb

İyulun 31-də Gürcüstan Milli Bankının beynəlxalq valyuta ehtiyatları 3 milyard 674 milyon ABŞ dolları təşkil edib.

İnsider.az xəbər verir ki, Gürcüstan Milli Bankının məlumatında bu rəqəmin iyunun 30-u ilə müqayisədə 61.6 milyon dollar az olduğu qeyd edilib.

Bildirilib ki, avqustun 1-də Milli Bank 40 milyon dollar hərraca çıxarıb ki, bu 32,8 milyon dolları satılıb.

Ötən illə müqayisədə isə Gürcüstan Milli Bankının valyuta ehtiyatlarının 748 milyon dollar artdığı bildirilib.

© APA