gurcustan-rusiyali-turistlere-evez-tapib

Gürcüstan rusiyalı turistlərə əvəz tapıb

Amerikan “MIR Corporation” turoperatoru və “National Geographic” Gürcüstana ingilisdilli ölkələrdən turistlərin cəlb edilməsini nəzərdə tutan müştərək layihəni işə salıb. İnsider.az bu xəbəri “Pervıy kanal”-a istinadla çatdırır.

Gürcüstanın İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Natiya Turnava RF hökümətinin rusiyalı turistlərin respublikaya səyahətlərində qoyulan məhdudiyyət qərarından sonra turizm sektorunun itkilərini minimallaşdırmağa yönəlmiş müştərək layihəni müsbət qiymətləndirib.

Bildirilir ki, “National Geographic” Gürcüstana səyahət edənlər üçün xüsusi turizm xidmətləri təklif olunacaq turlar hazırlayır.

“MIR Corporation” isə Gürcüstandakı bizneslərini genişləndirməyi planlaşdırdıqlarını bildirib.

Samirə Məmmədova