Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Gürcüstana 12 101,3min dollar pul köçürülüb.
Insider.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankının hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycandan Gürcüstana daxil olan pul köçürmələrinin həcmi illik müqayisədə 11,2% artıb.
Bu ilin ilk yeddi ayı ərzində Gürcüstandan Azərbaycana köçürülən pul kütləsinin həcmi isə 7 718,7 min dollar təşkil edib ki, bu da ötən ilin eyni göstəricisindən 13,3% çoxdur.
Yanvar-iyul aylarında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 960 606,9 min dollar həcmində pul köçürülüb. Qonşu ölkəyə ən çox pul köçürmələri 237 535,8 min dollar olmaqla Rusiyanın payına düşüb.
Report