Gürcüstanda ötən sutkada koronavirusa yoluxanların sayı 583 nəfər artaraq 260 480-ə çatıb.
İnsider.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Son 24 saat ərzində 671 nəfər sağalaraq evə buraxılıb, 19 pasiyent isə vəfat edib. Pandemiya başlayandan indiyədək COVID-19-a yoluxanların 251 748-i sağalıb, 3 240-ı isə dünyasını dəyişib.
Hazırda karantin rejimində 430, stasionar nəzarətdə isə 2 341 nəfər saxlanılır.
REPORT