Gürcüstanda ABŞ dollarının bahalaşma tendensiyası davam edir.
İnsider.az xəbər verir ki, Gürcüstan Milli Bankının avqustun 1-nə müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2, 9718 təşkil edir.
Bugünkü məzənnə ilə müqayisədə dolların qiymətində 0,0211 lari artım qeydə alınıb.
Avronun qiyməti isə 0,0238 lari bahalaşaraq 3,3127 lariyə bərabər olub.