gurcustanda-fovqelade-veziyyetin-muddeti-yeniden-uzadildi

Gürcüstanda fövqəladə vəziyyətin müddəti yenidən uzadıldı

Gürcüstanda fövqəladə vəziyyətin müddəti mayın 22-dək uzadılacaq.

İnsider.az xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.

Onun sözlərinə görə, növbəti 3-4 həftə ərzində ölkədə koronavirusun yayılmasının pik dövrünün olacağı gözlənilir.

Qeyd edək ki, bundan öncə qonşu ölkədə fövqəladə vəziyyətin mayın 10-dək uzadılmasına qərar verilmişdi.