Bu ilin yanvar-may aylarında Gürcüstanda 526,5 min ton neft və neft məhsulu istehlak olunub.
İnsider.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,8 ton və yaxud 6,65% çoxdur.
Hesabat dövründə qonşu ölkədə 1306,4 mln. kub metr təbii qaz istehlak olunub.
Ötən ilin eyni dövrü ilə müqayisədə qaz istehlakı 18% artıb.
©Report