Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının “xarici agentlər”lə bağlı qanun layihəsi bu dəqiqələrdə parlamentin hüquq məsələləri komitəsində müzakirə edilir.
Bununla əlaqədar olaraq, hazırda paytaxt Tbilisidə müxalif partiyaların və qeyri-hökumət təşkilatlarının nümayəndələri parlament binasının girişinə toplanaraq etiraz aksiyası keçirirlər.
Nümayişlə əlaqədar parlament binası ətrafına çox sayda polis cəlb edilib.
Oxu.Az