Gürcüstanda yanacağın qiymətində artım müşahidə olunur.
Bahalaşma pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərin yumşaldılması ilə əlaqələndirilir.
Gürcüstanın Biznes Assosiasiyasından bildirilib ki, ilin əvvəlindən davam edən bahalaşma COVID-19-a qarşı peyvəndlənmənin başlaması ilə birbaşa bağlıdır. Belə ki, vaksinasiya dünya iqtisadiyyatının bərpası ilə bağlı pozitiv gözləntilər yaradıb.
Təşkilatın məlumatında qeyd olunub ki, milli valyuta olan larinin dollara nisbətdə dəyəri də yanacağın pərakəndə satış şəbəkələrində qiymətlərin formalaşmasına əhəmiyyətli dərəcədə təsir edir. Ötən ilin əvvəlində larinin dollara qarşı məzənnəsi 2,88 lari təşkil edirdisə, hazırda bu göstərici 3,32 lariyə bərabərdir.
Report