Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 5 034 ədəd avtomobil idxal edib.
İnsider.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Son 1 ildə qonşu ölkədən alınmış minik avtomobillərinin ümumi dəyəri isə 46,9% artaraq 54,015 mln. ABŞ dolları təşkil edib.
©“Report”