Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyyəsi həyata keçirilir.
İnsider.az xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, dördü isə Rusiya vətəndaşıdır.
Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.
Təxliyyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.
Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə, Azərbaycana üç minə yaxın şəxsin təxliyyəsi təmin edilib.
Report