Gürcüstanın builki dövlət büdcəsinə dəyişikliklər ölkə parlamentinə təqdim olunub.
İnsider.az xəbər verir ki, layihədə dolların məzənnəsi 2,9638 lari səviyyəsində müəyyən olunub.
Ötən ilin sonunda təsdiq olunan dövlət büdcəsində dolların məzənnəsi 2,66 lari olub.
Məzənnənin dəyişdirilməsinə görə, Gürcüstanın dövlət borcunun həcmi 19,8 milyard laridən 20,6 milyard. lariyə qədər artıb.
Bununla yanaşı, məzənnənin tərəddüd etməsi ilə bağlı olaraq xarici borcun ödənilməsi üçün büdcədən əlavə olaraq 43 milyon lari həcmində vəsait ayrılacaq.
©“Report”