guzestli-menziller-satisa-cixarildi-ayliq-138-manatdan

Güzəştli mənzillər satışa çıxarıldı - AYLIQ 138 MANATDAN....

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Hövsan Yaşayış Kompleksində mənzillərin güzəştlə satışı barədə elan verildi.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan Yaşayış Kompleksindəki növbəti mənzilləri güzəştli satışa çıxarıb. 

İnsider.az xəbər verir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şossesi-Hava Limanı 12-ci km. “22” ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 4, 2 saylı binası üzrə 22, 3 saylı binası üzrə 52, 4 saylı binası üzrə 23, 6 saylı binası üzrə 159 və 7 saylı binası üzrə 243 mənzilin, ümumilikdə 503 mənzilin satışı 21 aprel 2021-ci il tarixində saat 11:00-da başlayacaq və 30 aprel 2021-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Mənillərin qiyməti 32 min 130 manatdan başlayır. Mənzilləri 30 ilədək ipoteka krediti ilə aylıq 138 manatdan başlayan ödənişlər ilə də əldə etmək mümkündür. 

Mənzilləri güzəştli mənzil əldə etmək hüququna malik şəxslər ala bilərlər - Ətraflı.

Daha ətraflı bu keçid vasitəsilə və ya aşağıdakı elandan ətraflı məlumat ala bilərsiniz.

Marja