haaqa-mehkemesi-efqanistandaki-cinayetleri-arasdirmaqdan-imtina-edib

Haaqa Məhkəməsi Əfqanıstandakı cinayətləri araşdırmaqdan imtina edib

Haaqa Beynəlxalq Məhkəməsi "Taliban" silahlılarının, Əfqanıstanın dövlət qoşunlarının, beynəlxalq koalisiya hərbçilərinin, o cümlədən ABŞ zabitlərinin törətdikləri cinayətləri araşdırmaqdan imtina edib.

İnsider.az xəbər verir ki, məhkəmədən bunun ədalət mühakiməsinin maraqlarına xidmət etmədiyi bildirilib.

Xatırladaq ki, ABŞ və "Taliban" terror təşkilatının nümayəndələri sülh sazişinin layihəsini qəbul ediblər. Tərəflər ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması prosesini də razılaşdırıblar.

©Report