Habble Kosmik Teleskopu “Qalxan” bürcündə qeyri-adi planetar dumanın fotoşəkilini çəkib.
“Zvezda”nın məlumata görə, söhbət formasına görə “qum saatı” adlanan bipolyar M1-63 dumanlığından gedir.
Şəkil rəsədxananın veb saytında yayımlanıb. Alimlərin bildirdiyinə görə dumanlığın mərkəzində olan ulduz özündən sonra qaz və toz buludunu arxada qoyduqda belə bir görünüş yaranır.
O da vurğulanır ki, M1-63 Yerdən 32 000 işıq ili məsafədə yerləşir.