hansi-daha-xeyirlidir-et-yoxsa-baliq

Hansı daha xeyirlidir - ət yoxsa balıq?

Qırmızı ət hazırda hörmət sahibi deyil, belə ki, onu bütün problemlərdə təqsirli bilirlər: ürəyə ziyandır, metabolizmi pozur və ümumiyyətlə, vaxtından əvvəl ölümə səbəb olur. Eyni zamanda balığa keçmək tövsiyyələri artır.

Düzdür, bu məsləhətçilərə etiraz edirlər ki, balıq da əvvəlki balıq deyil və okeanın çirklənməsi nəticəsində tərkibində potensial zərərli maddələr var, məsələn, metilcivə - bu, ətdə olan yağlardan qat-qat təhlükəlidir.

Buna baxmayaraq, balıq sübut olunmuş qaydada faydalı yağ turşularının və D vitaminin mənbəyidir, ətin isə tərkibində orqanizm üçün heç də gərəksiz olmayan dəmir var. Onda nəyi üstün tutmaq lazımdır?

Danimarka Texniki Universitetinin tədqiqatçıları ehtimal modelini tərtib ediblər. Bu model bütün müsbət və mənfiləri nəzərə alaraq, bir qidanın digərilə, yəni bu halda qırmızı və emal olunmuş ətin balıqla əvəzlənməsindən yaranan effekti hesablamağa imkan yaradıb. Qazanan balıq olub.

Sübut olunub ki, Danimarka əhalisi (təxminən 6 miyon nəfər) belə pəhriz keçidi sayəsində 7000 sağlam yaşam illəri qazana bilər. Bu dəyərləndirmə işemik ürək xəstəliyindən təqribən ildə 170 ölümün profilaktikasını da ehtiva edir.

Lakin nəzərə almaq lazımdır ki, sağlamlıq üçün fayda balığın növündən, həmçinin rasionunu dəyişən insanların yaşından və cinsindən asılıdır.

Ən böyük fayda son dərəcə yağlı balıqla (məsələn, siyənək və skumbriya) və ya yağlı və yağsız balığın kombinasiyası ilə (məsələn, siyənək və kambala və ya mintay) qidalanmadan gəlir. Əgər ancaq yağsız balıq yesəniz, xeyiri olduqca az olacaq. Çünki məhz yağlı balığın tərkibində çoxlu sayda faydalı omeqa-turşuları var.

Əsas tuna balığından yan gəzməkdir. O, nəinki faydalı omeqa-turşuları ilə zəngin deyil, həm də tərkibində çox vaxt yüksək metilcivə konsentrasiyası olur.

Ən yaxşı nəticəyə nail olmaq qırmızı və emal olunmuş ətdən imtina etməyi və həftədə təxminən 350 qram balıqla qidalanmaqdır, özü də bunun 200 qramı yağlı balıq olmalıdır.

Samirə Məmmədova