“Fitosanitar nəzarət sisteminə etimadın artması ixracın yüksəlməsinə səbəb olub”.
Bu barədə Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli məlumat verib.
O bildirib ki, həyata keçirilən fitosanitar nəzarət tədbirləri nəticəsində 2021-ci il noyabrın 9-dək fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub:
“Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ölkəyə xurma ixracında 46, kartof ixracında 23, xiyar və kornişon ixracında 35, şaftalı və nektarin ixracında 182, qarpız ixracında 144, təzə üzüm ixracında 178, gavalı və göyəm ixracında 33, nar ixracında 17, çiyələk ixracında 117, armud ixracında isə 192 faiz artım müşahidə edilib.
Eləcə də Rusiyanın müvafiq qurumu tərəfindən tətbiq edilən məhdudiyyətlər şəraitində bu ölkəyə 119 min ton pomidor, 52 min ton alma ixrac olunub”.
Oxu.Az