hansi-olkede-biznes-qurmaq-olar-en-maraqli-startap-viza-proqramlari-uzre-beledci

Hansı ölkədə biznes qurmaq olar - ən maraqlı startap-viza proqramları üzrə bələdçi

İnsider.az öz innovativ biznesini xaricdə qurmaq istəyən startap və istedadlı komandalar üçün 15 aktual proqram barədə məlumatı təqdim edir.

Bu proqramlar klassik akselerator deyil, onların məqsədi istedadların ölkəyə cəlb edilməsi və komandanın cəld adaptasiyası üçün şəraitin yaradılmasıdır. Bu, məsələn, yaşayış icazəsinin alınması, yaxud inzibati məsələlərin həlli ola bilər.

Bundan başqa, bu startap-viza proqramlarının çoxunda ideya səviyyəsində olan ərizələrə baxılır, bu da öz növbəsində ölkəsində biznesini, hələ ki, aça bilməyənlərə uyğundur.

“Startup Visa Lithuania”

Ölkə: Litva

Bu proqram Litva hökümətinin immiqrasiya qanunvericiliyi ilə təsdiqlənib. Proqram biotexnologiya, nanotexnologiya, informasiya texnologiyaları, maxatronika, elektronika, lazer texnologiyaları kimi sahələrdən biri üzrə öz startapını qurmaq istəyən istedadlı innovatorların cəlb edilməsi üçün yaranıb.

Nə ilə kömək edə bilərlər: bir illik yaşayış icazəsi almaq olur, sonradan onu əlavə bir ilə uzatmaq imkanı da var. Bununla yanaşı ilkin hüquqi və inzibati dəstəyi də əldə etmək mümkündür.

Kimi axtarırlar: Aİ üzvü olmayan innovativ sahibkarları. Həmçinin iştirakçı heç olmasa, gələcək firmanın bir hissəsinə və ideyanın bir il qabağa reallaşması üçün maliyyəyə sahib olmalıdır.

Necə iştirak etməli: hər komanda üzvü barədə əsas məlumatı, öz biznes-ideyasını və inkişaf strategiyasını təqdim etməli olduğu proqram saytında olan formanı doldurmaqla iştirak etmək olar. Rezüme, biznes-plan layihəsi və video-müsahibənin olması da üstünlük verəcək.

“Business Innovation stream”

Ölkə: Avstraliya

Nə ilə kömək edə bilərlər: şirkət təsisçisi və onun ailəsi üçün 4 il 3 aylıq viza təqdim edirlər.

Kimi axtarırlar: yaşı 55-dən aşağı Avstraliyada innovativ biznes qurmaq istəyənlər axtarılır.

Necə iştirak etməli: saytda ərizə verməklə. Viza dəyəri təxminən 3546 dollar təşkil edəcək, həmçinin hər ailə üzvü üçün də viza dəyərini ödəmək lazımdır (təxminən 1774 dollar böyüklər üçün və 18 yaşınadək uşaqlar üçün 885 dollar). İngilis dili pis olan ailə üzvləri üçün isə əlavə ödəniş etmək gərəkdir.

Ərizənin verilməsi üçün ərazi hökümət qurumundan dəvətnaməni təqdim etmək lazımdır. Viza üzrə iki il ərzində ölkədə olan vaxt isə yaşayışın hər ili üzrə azı 500.000 Avstraliya dolları dövriyyəsi olan bir və ya iki şirkətdə paya sahib olmalıdır.

“Start-up visa”

Ölkə: Böyük Britaniya

Nə ilə kömək edə bilərlər: sahibkara və ən yaxın qohumlarına iki illik viza təqdim edirlər.

Kimi axtarırlar: Böyük Britaniyada startap açmaq istəyənləri; layihə yenilikçilik, canlılıq və əhatəlilik üzrə tələblərə cavab verməlidir.

Necə iştirak etməli: saytda ərizə verməklə. Sizə biznesin innovativliyinin qiymətləndirilməsinin təsdiqi, “CEFR B2” səviyyəsindən aşağı olmayan ingilis dili biliyi və ərizənin verilməsinə qədər hesabda lazımi miqdarda vəsait (şirkət təsisçisi üçün 945 funt sterlinq və hər ailə üzvü üçün 630 funt sterlinq) gərəkdir.

“Start-up Entrepreneur Program (STEP)”

Ölkə: İrlandiya

Proqram innovativ biznes ideyası və 75 min avro ilkin investisiyası olan xarici vətəndaşlara İrlandiyada biznes qurmağa imkan verir.

Nə ilə kömək edə bilərlər: təsisçi və yaxın qohumlarına 2 illik müddətə və daha sonra uzadıla biləcək və yaxud daimi yaşayış icazəsi verilir.

Kimi axtarırlar: beynəlxalq bazarlarda innovativ məhsulları və xidmətləri inkişaf etdirən yaşı 5 ildən az olan startaplar. İrlandiyada ən azı 10 iş yerinin yaradılma potensialı və işə salınmadan sonra 3-4 il ərzində 1 milyon avroluq satışa çıxış bacarığı lazımdır. Qərargah İrlandiyada yerləşməlidir.

Necə iştirak etməli: ərizə vermək (dəyəri — 350 avro). Biznes-planı və lazımi sənədlər barədə daha ətraflı məlumat saytda təqdim edilib.

“Start-up Visa Program”

Ölkə: Kanada

Nə ilə kömək edə bilərlər: daimi yaşayış vizası təqdim edə bilərlər, həmçinin startap-viza proqramı üzrə qərarı gözləyən müddətdə işə icazə almaq imkanı var.

Kimi axtarırlar: Kanadalı vençur fondlarından və ya biznes mələklərindən investisiya cəlb etmiş, yaxud Kanada biznes-inkubatorunun iştirakçısına çevrilmiş innovativ şirkətlər.

Necə iştirak etməli: Kanadalı vençur fondunun, biznes mələklər qrupunun və ya biznes-inkubatorun dəstəyilə təmin olmaq lazımdır. Ərizə verilməsi üçün biznesinizin innovativ potensialını qiymətləndirə biləcək şirkətlərin tam siyahısı saytda verilib. Ərizənin verilməsi üçün “Canadian Language Benchmark” sistemi üzrə 5-ci səviyyədən aşağı olmamaq şərtilə infilis dili biliyi barədə sertifikatı təqdim etməli, həmçinin özü və ailə üzvlərini (məsələn, iki nəfər üçün ildə 11784 dollara yaxın) təmin edəcək lazımi vəsaiti olmalıdır.

“Startup visa”

Ölkə: Niderland

Nə ilə kömək edə bilərlər: bir il müddətli və uzadılma imkanı olan müvəqqəti yaşayış icazəsi təqdim edə bilərlər. Bununla yanaşı Holland bazarında startapın ataptasiyasına kömək üçün Niderland tərəfindən olan koordinasiyaçının/köməkçinin xidmətlərindən istifadə etmək lazımdır.

Kimi axtarırlar: Aİ hüdudlarından kənarda yaşayan və Niderlandda innovativ şirkət qurmaq istəyənlər.

Necə iştirak etməli: gələcək şirkətin biznes-planının ətraflı təsviri ilə birgə ərizə vermək (dəyəri 326 avro). Həmçinin aşağıdakı tələblərə riayət etmək lazımdır:

•    Aİ vətəndaşı olan etibarlı və təcrübəli koordinasiyaçı//köməkçi ilə əməkdaşlıq etməli;
•    Gələcək məhsul və xidmət innovativ olmalı;
•    Şirkətin ideya inkişafından tamdəyərli biznesə qədər (addım-addım) planı var; 
•    Şirkət və koordinasiyaçı “The Trade Register of the Chamber of Commerce”-də qeydiyyatdadırlar;
•    Gələcək sahibkarın bir il müddətində yaşayış üçün hesabında kifayət qədər vəsait var.

“Entrepreneur Work Visa”

Ölkə: Yeni Zelandiya

Nə ilə kömək edə bilərlər: biznes təsisçisi, partnyorları və onların ailələri üçün bir illik (daha sonra iki ilə uzadılma imkanı ilə) viza təqdim edirlər.

Kimi axtarırlar: Elm və İKT sahəsində biznes qurmaq istəyənlər. Layihə innovativ olmalı və ya ixracat potensialını nümayiş etdirməlidir.

Necə iştirak etməli: ərizə vermək üçün ətraflı biznes-plan təqdim etmək gərəkdir. Əgər innovativlik meyarlara uyğun gəlmirsinizsə, şirkət təsisatı üçün əlavə olaraq ən azı 100 min Yeni Zelandiya dolları ayırmaq lazım olacaq.

“Entrepreneur Pass”

Ölkə: Sinqapur

Sinqapurda öz startapını işə salmaq və onun işə düşməsi üçün ölkəyə köçmək istəyən əcnəbi sahibkarlar üçün “EntrePass” vizasının verilməsi proqramı.

Nə ilə kömək edə bilərlər: Biznes xərcləri və iş yeri sayı üzrə “МОМ” tərəfindən qoyulmuş normalarını icra etdikdə, uzadılma imkanı olan bir illik viza verilir. Ailə üzvləri üçün vizanı biznes sahibi tərəfindən ilk “EntrePass” uzadılmasından sonra əldə etmək mümkündür.

Kimi axtarırlar: qəhvəxana, fud-kortlar, massaj salonları, barlar, gecə klubları, işədüzəlmə agentliklərini açmaq istəyənlər “EntrePass”-da iştiraketmə hüququna malik deyillər. Müəssisələrin tam siyahısı “MOM” saytında verilib.

Necə iştirak etməli: Ərizəni ya şirkət yaranmamışdan əvvəl, ya da qeydiyyat tarixindən 6 ay ərzində vermək olar. Ərizə vermə zamanı nazirliyin komissiyası tərəfindən qiymətləndiriləcək biznes-plan təqdim edilməlidir. Biznes təsisçisi gələcək şirkətinin ən azı 30% buraxılışa icazəli səhmdar kapitalına malik olmalı, həmçinin saytda göstərilən tələblərdən ən azı birinə cavab verməlidir.

“Business Finland”

Ölkə: Finlandiya

Proqram ekspertləri layinənin cəld beynəlxalq artımı üçün, biznes modeli, komanda iştirakçıları və layihə resursları üzrə potensialının olub-olmamasını qiymətləndirirlər. Qiymətləndirmə komissiyasını keçdikdən sonra ərizəçi yaşayış icazəsinə miqrasiya xidməti üçün sənəd əldə edir.

Nə ilə kömək edə bilərlər: uzadılma imkanı olan iki illik yaşayış icazəsi almaq, həmçinin “Tempo” maliyyələşdirilməsinə ərizə vermək olar.

Kimi axtarırlar: Aİ-yə daxil olmayan ölkələrdən təzə başlayan tərtibatçılar.

Necə iştirak etməli: proqram saytında olan formanı doldurmaq. Ərizələrə 10 gün ərzində baxılır.

“French Tech Ticket”

Ölkə: Fransa

Fransada xarici startapların yaradılması və inkişafı zamanı kompleksli dəstək təklif edən bütün dünyadan istedadlı və ambisiyalı insanların cəlb edilməsi üzrə Fransa hökümətinin illik proqramı.

Nə ilə kömək edə bilərlər: komandaya 45 min avro (şəxsi xərclərə 20 min avro və biznes-hədəflərin reallaşmasına 25 min avro) ayıra və komanda üzvləriıə onların ailələri üçün gələcəkdə uzadılma imkanı olan yaşayış icazəsi verə bilərlər. Startaplar həmçinin 41 partnyor inkubatorlardan birində akselerasiyadan keçə bilər, komanda üçün iş məkanı ala, individual master-klass və tədbir proqramlarında iştirak edə bilərlər. Proqram inzibati məsələlərdə kömək edir və əlçatan mənzil və digər xidmətlər üzrə partnyorlardan olan xüsusi təkliflərə çıxış imkanı verir.

Kimi axtarırlar: 18 yaşına çatmış və Fransa vətəndaşı olmayan 2-3 nəfərlik komanda. İştirakçılar ölkəyə köçməyə hazır olmalı və böz bütün vaxtını biznes-planın reallaşmasına həsr etməyə hazır olmalıdırlar.

Necə iştirak etməli: Proqram saytında ərizə vermək. Ən yaxın seçim 2018-ci ilin sentyabrında bitir.

“StartUP Portugal”

Ölkə: Portuqaliya

“StartUP Portugal” ölkədə əlavə iş yerləri yaradacaq, ildə 325 min avro dövriyyəsi təxmin edilən və ya proqramdan keçdikdən sonra 5 il ərzində anoloji aktiv dəyəri olan innovativ şirkəti inkişaf etdirmək istəyənləri gözdən keçirir.

Nə ilə kömək edə bilərlər: yaşayış icazəsilə, akselerasiyadan keçməklə, həmçinin inzibati məsələlərin həllində yardım edə bilərlər.

Kimi axtarırlar: Portuqaliyada startap açmaq istəyən və məhkumluğu olmayan 18 yaşdan yuxarı və Aİ üzvləri olmayan şəxslər. Ərizənin verilməsi üçün bank hesabında kifayət qədər məbləğ olmalıdır (bir nəfərə ildə təxminən 5 min avro).

Necə iştirak etməli: Proqram saytında istənilən vaxt ərizə verərək.

“Italia Startup Visa”

Ölkə: İtaliya

Proqram İtaliyada startapların yaradılması və inkişafını stimullaşdırır. Proqram ekspertləri biznes modelinin, komandanın və resursların cəld beynəlxalq artım üçün potensial göstərib-göstərmədiklərini qiymətləndirirlər.

Qiymətləndirmə komissiyasını keçdikdən sonra ərizəçi yaşayış icazəsinə miqrasiya xidməti üçün sənəd əldə edir.

Nə ilə kömək edə bilərlər: əlavə iki ilə uzadılma imkanı ilə bir illik yaşayış icazəsi, həmçinin inkubator tərəfindən texniki, hüquqi və idarəetmə dəstəyi, şirkətlərin öz biznesini inkişaf edə biləcək avadanlıq və fiziki məkan təqdim ediləcək.

Kimi axtarırlar: Aİ vətəndaşı olmayan, yaşından, cinsindən və mənşəyindən asılı olmayaraq yaxşı biznes ideyalı istənilən şəxs.

Necə iştirak etməli: proqram saytında ərizə vermək. Şirkətin işə salınması üçün hesabda 50 min avro və işlək biznes modelin olması gərəkdir.

“Startup Estonia”

Ölkə: Estoniya

Proqram çərçivəsində startap Estoniyada biznes mühitinin inkişafını stimullaşdıran böyük qlobal artım potensiallı, innovativ və təkrarlana biznes modelinin tərtibat və işə salınma məqsədi olan biznes kimi müəyyən edilir.

Nə ilə kömək edə bilərlər: 5 ilədək uzadılma imkanı ilə 18 aya kimi yaşayış icazəsi, həmçinin ailə üzvləri üçün işə düzəlmə imkanı ilə yaşayış icazəsi və inzibati məsələlərdə yardım təqdim edilir.

Kimi axtarırlar: Estoniyada innovativ biznes qurmaq istəyənləri. Ərizənin verilməsi üçün Estoniyada hər  yaşayış ayına ən azı 130 avro həcmində pul vəsaiti mütləqdir. İllik vizanın alınması üçün təxminən 1,5 min avro lazımdır.

Necə iştirak etməli: Proqram saytında istənilən vaxt ərizə verərək.

“Innovation Visa”

Ölkə: İsrail

Proqram xarici sahibkarlara İsraildə texnoloji layihələri irəli çəkməyə imkan verir.

Nə ilə kömək edə bilərlər: layihə üzərində daha sonrakı iş üçün beşillik müddətə viza alınması imkanı ilə qabaqcadan iki illik viza verilir. Həmçinin texnoloji infrastruktura, işgüzar və peşəkar dəstəyə çıxış təqdim edilir.

Kimi axtarırlar: İsraildə innovativ biznes qurmağa hazır xarici sahibkarları.

Necə iştirak etməli: Lazımi sənədlər paketini toplayıb saytda ərizə vermək.

“Start-up Denmark”

Ölkə: Danimarka

Danimarkaya bizneslə köçməkdə, yaxud sıfırdan layihənin yığılmasında istedadlı sahibkarlara kömək üçün Danimarka höküməti tərəfindən yaradılmış proqramdır. Ekspert qrupu biznes-plan və layihənin innovativ tərkib hissəsini dəyərləndirir. Belə ki, proqramdan restoranlar, konsaltinq şirkətləri, pərakəndə satış mağazaları və texnoloji perspektivi olmayan digər şirkətlər keçməyəcək.

Nə ilə kömək edə bilərlər: üç ilə uzadılma imkanı ilə iki ilə kimi yaşayış icazəsi, həmçinin ailə üzvləri üçün yaşayış icazəsi təqdim edilir.

Kimi axtarırlar: Aİ üzvü olmayan vətəndaşlar.

Necə iştirak etməli: Proqram saytında ərizə vermək. Özünü və ailəsini təmin etmək üçün kifayət qədər vəsait barədə məlumat təqdim edilməlidir.

Samirə Məmmədova