harker-faizleri-deyismek-ucun-sebeb-yoxdur

Harker: Faizləri dəyişmək üçün səbəb yoxdur

ABŞ Mərkəzi Bankının Filadelfiya şöbəsinin sədri Patrick Harker "Wall Street Journal"a verdiyi müsahibəsində: "Faizləri dəyişdirmək üçün bir səbəb yoxdur" -deyib. O, faizlərin sabit saxlanılmasının tərəfdarı olduğunu bildirib. 

İnsider.az xəbər verir ki, Harker: "ABŞ iqtisadiyyatı güclü olmağa davam edir və hələ də çox güclü bir əmək bazarı var. Əgər iqtisadiyyatın davamlı şəkildə zəiflədiyinə inansam faiz endiriminə qoşulacağam, ancaq mənim fikirimcə bu nöqtədə faizləri hər iki istiqamətdə dəyişdirməyə ehtiyac yoxdur",- deyib.

Harker, Fed-in 19-20 iyun tarixli iclasından əvvəlki çıxışında: "Hazırda faiz dərəcələrinin aşağı salınmasını düzgün hesab etmirəm. Faiz dərəcələrində dəyişiklik etmək üçün tələsməyə  ehtiyac yoxdur. Bir müddət gözləməli və işlərin necə inkişaf etdiyini görməliyik" fikirlərini vurğulayıb.  Fed isə faizlərdə dəyişikliyə getməyərək, 2.25  - 2.50 faiz aralığında sabit saxlayıb.

Harker-in Federal Açıq Bazar Komitəsinin (FOMC) iclaslarında bu il səsvermə hüququ yoxdur.