harri-potter-in-yarim-funta-alinan-kitabi-otuz-min-defe-baha-satildi

“Harri Potter”in yarım funta alınan kitabı otuz min dəfə baha satıldı

İngiltərədə Harri Potter haqqındakı kitab 15,5 min funt-sterlinqə satılıb.

Üzərində kiminsə çızma-qaraları cild “Harri Potter və Fəlsəfə Daşı” kitabının 1997-ci ildə cəmi 500 nüsxə ilə çap olunmuş ən nadir ilk nəşridir.

Kitab əvvəlcə üç min funt sterlinq dəyərində qiymətləndirildi. Lakin gərgin hərrac zamanı onun qiyməti proqnozu beş dəfədən çox üstələyib. Nəticədə lotu anonim qalmaq istəyən ABŞ-dan olan bir kolleksiyaçı alıb.

Adını gizlətməyə də üstünlük verən kitabın keçmiş sahibi onu Mançesterdəki ikinci əl mağazadan cəmi 0,50 funt-sterlinqə alıb. O, hərracın nəticəsindən heyrətləndiyini etiraf edib.

Onun sözlərinə görə, kitabın müasir tarixin bir parçası olduğunu bilir, lakin bu qədər baha qiymətə satılması ona qeyri-adi görünür.