ABŞ-ın “Harvard Kennedy School”-un azərbaycanlı məzunları birliyinin təşəbbüsü ilə May ayının 26-da Azərbaycanlı dövlət qulluqçuları üçün “Dövlət siyasətində məlumatların istifadəsi” mövzusunda mühazirə-təlim təşkil edilib.
Müxtəlif dövlət strukturlarının əməkdaşlarının iştirak etdiyi mühazirə-təlimdə Harvard Universitetinin professoru, “Evidence for Policy Design” fakültəsinin rəhbəri Teddi Svoronos iştirakçılar ilə birgə siyasi qərarları qəbul edərkən məlumat və dəlillərin istifadəsinin vacibliyini müzakirə edib. Əsasən məsrəf və nəticələrin təhlili mövzusuna toxunulan tədbirdə, qərarların qəbul edilməsi zamanı nəticənin üzə çıxarılması və ilkin ehtimalın təsirində kontrfaktların istifadəsinin vacibliyi vurğulanıb.
ZOOM vasitəsilə onlayn formatda keçirilən mühazirədə dövlət siyasətinin effektiv həyata keçirilməsinə dair real nümunələr nəzərdən keçirilib.