İyul ayının 1-də “Problemlərin qeyri-müəyyən mühitdə həlli” mövzusuna həsr edilmiş vebinar keçirilib.
Onlayn formatda keçirilən tədbirdə "Harvard Kennedy School"un professoru Met Endryunun (Matt Andrews) mühazirəsi dinlənilib.
Dövlət Xəzinədarlıq Agentliyinin İnformasiya Texnologiyaları şöbəsinin müdiri Nazim Qasımzadə, SOCAR bas ofis: Marketinq və Biznesin inkişafi şöbəsinin rəisi Emil Qasımlı, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin Sədrinin Müşaviri Zaur Ələkbərov, Siyasi Psixologiya Mərkəzinin elmi tədqiqatçısı, Strateji kommunikasiyalar və innovasiyalar üzrə ekspert Urxan Seyidov, “Synergy Partnership” MMC şirkətinin baş direktoru Rüfət Abbasov, Dövlət Neft Fondunun Büdcə proqnozlaşdırma və layihələr departamentinin direktoru Müşviq Bayramov və İslam İnkişaf Bankı Alternativ maliyyə mənbələri üzrə ekspert Fuad Hüseynovun iştirak etdiyi vebinarda qeyri-müəyyən şərtlərə dayanaraq dövlət idarəçiliyi üzrə qərarların qəbul edilməsi və həyata keçirilməsi problemi nəzərdən keçirilib.
Bundan başqa iqtisadiyyatın diversifikasiyasında imkanında Azərbaycanın regional rolu və bu sahədə uğur qazanan Sinqapur, Cənubi Koreya, eləcə də innovasiyaların yeni meydana gəldiyi Ruanda, Gürcüstan və Albaniya kimi ölkələrin təcrübəsi müzakirə edilib.
Ümumilikdə Problemlərə əsaslanan təkrar adaptasiya (PDIA) yaranan problemlərin səbəblərini aradan qaldırma iqtidarında olan mərhələli yanaşmadır. Bu yanaşma vasitəsilə problemlərin əsas səbəbləri, onların mümkün həll yolları müəyyən edilir, növbəti mərhələ bu istiqamətdə hərəkətə keçmək olur, daha sonra əldə edilən nəticələr təhlil edilir və növbəti addımlar atılır.
Qeyd edək ki, bu çoxsaylı geri dönüş mərhələsi olan, lokal kontekstinizə uyğun şəkildə probleminizi həll etmək üçün fərdi həllinizi yaratma imkanı verən çox dinamik bir prosesdir.
Bu qəbildən olan vebinarların mütəmadi olaraq keçirilməsi planlaşdırılır.
Səbinə Səmidxan