Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) qənaətincə sentyabr ayınadək beynəlxalq hava yollarında sərnişinlərin sayındakı azalma 1,2 milyard nəfər ola bilər.
Beynəlxalq hava xətlərinin tutumu ilin ilk üç rübünə dair proqnoza nisbətən üçdə kiiyədək azala, bunun nəticəsində hava nəqliyyatı şirkətləri yanvar-sentyabr ayları ərzində 160 milyard dollardan 253 milyard ABŞ dollarınadək ziyana uğraya bilər.
Hava nəqliyyatında ən çox tutum azalması Avropa və Asiya – Pasifik regionunda gözlənilir, onlardan bir qədər geridə Şimali Amerika durur. Həmçinin sərnişin sayında ən böyük azalma Avropada, xüsusilə yay tətilləri dövründə, daha sonra isə Asiya – Pasifik regionunda güman edilir.
Qeyd edək ki, BMT-nin alt qurumlarından biri olan İCAO fevral ayının əvvəlindən etibarən mütəmadi olaraqCOVID-19-un hava nəqliyyatındakı fəsadlarına dair təhlillər açıqlayır.
“Bütövlükdə pandemiyanın şiddəti və nə zaman başa çatacağı hələlik müəmmalı olduğuna görə İCAO pandemiyanın mümkün qısamüddətli iqtisadi təsirlərilə bağlı iki ssenari çərçivəsində altı müxtəlif bərpa planı hazırlayıb”, – İCAO baş katibi Fanq Liu üzv ölkələrin nümayəndələrinə göndərdiyi ismarıcında bildirib.
Report