Böyük Britaniyanın hedc fondu "Autonomy Capital research LLP", Argentinaya bağlı investisiyalarına görə, ötən ay 1 milyard dollara yaxın zərər edib.
Insider.az xəbər verir ki, "Autonomy"nin banisi Robert Gibbins fondun ən böyük sərmayələrindən birini Argentinaya etmişdi.
Tutarlı mövqelər tutması ilə tanınan Gibbins, Argentinanın toparlanmağa başlayacağı və iflasa düşməyəcəyi gözləntisi ilə ötən il Argentina xəzinə istiqrazları alıb.
Mövzu haqqında məlumat sahibi bir mənbəyə görə Gibbinsin fondu 100 il müddətli istiqrazlarda da mövqe tutub. "Zibil səviyyəsi"ndə 100 il müddətli Argentina xəzinə istiqrazının satışı ilk dəfə 2017-ci ildəki hərracda baş vermişdi.
Mənbələrə görə, "Autonomy" ötən ay 23 faiz (təxminən 1 milyard dollar civarında) itirib. "Bloomberg" və "Financial Times"in daha əvvəlki xəbərlərində "Autonomy"nin Avqustun ilk yarısında zərər etdiyi qeyd edilmişdi.
Fondun bütün Argentina investisiyalarının miqdarı haqqında məlumat verməyən mənbələr, Gibbinsin Argentina bazarlarının gələcəyinə inandığını bildiriblər. Ancaq fond rəhbərinin Argentinada zərər gətirən mövqelərini hələ də tutub tutmadığı barədə məlumat verilməyib.