"Deutsche Bank" həftə sonları istirahət etmək istəyən turistlərin xərcləri baxımından ən bahalı şəhərlərin reytinqini dərc edib.
İnsider.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, xərcləri qiymətləndirmək üçün bankın mütəxəssisləri 5 ulduzlu standart oteldə ikigünlük gecələmənin, pabda ikinəfərlik naharın, restoranda ikinəfərlik şam yeməyinin, avtomobilin ikigünlük icarəsinin, iki şüşə pivənin, 4 litr alkoqolsuz içkilərin qiymətlərini, həmçinin şopinq (bir cüt cins şalvar, idman ayaqqabısı) xərclərini nəzərdən keçiriblər.
Həftəsonu istirahət üçün ən bahalı şəhərlərin reytinqi:
# |
Şəhər |
Ölkə |
İkigünlük xərc, ABŞ doları |
1 |
Milan |
İtaliya |
2 706 |
2 |
Kopenhagen |
Danimarka |
2 120 |
3 |
Sürix |
İsveçrə |
2 104 |
4 |
Madrid |
İspaniya |
2 085 |
5 |
Vyana |
Avstriya |
2 067 |
6 |
London |
Böyük Britaniya |
2 049 |
7 |
Roma |
İtaliya |
1 926 |
8 |
Qahirə |
Misir |
1 911 |
9 |
Oslo |
Norveç |
1 878 |
10 |
Paris |
Fransa |
1 799 |
© Apa.az