2023-cü il “Halloween” şərəfinə ən yaxşı kostyumlarını geyinən məşhurlar, A-list aktyorları ən qorxunc kostyumlarını nümayiş etdirdilər.
İnsider.az xəbər verir ki, 2000-ci ildən bəri hər il mükəmməl “Halloween “şənliyi təşkil edən, model və teleaparıcı Heidi Klum, ənənəni davam etdirdi. Klumun ulduzlarla dolu qorxulu mövsüm tədbiri oktyabrın 31-də Nyu-Yorkdakı "Marquee" gecə klubunda baş tutub. Klum "çox böyük" və "çox rəngli" kostyumunun tovuz quşu olduğunu izah etdi.
Camila Cabello "The Princess Diaries" filmindəki Anne Hathaway obrazı Mia Thermopolis kimi geyinib.
Becky G tədbirdə 2005-ci ildə çəkilmiş "Cəsəd gəlin" filminin baş qəhrəmanı kimi iştirak edib.
Bir çox ulduz İnstaqramda paylaşdıqları xüsusi fotosessiyalarla yaradıcılıqlarını nümayiş etdirib.Hailey Bieber Qorxu filmində Carmen Electra obrazını geyinib. Digər ulduzlar məşhur cizgi filmlərindən geyindilər. Demi Lovato tam olaraq Disneyin Snow White filminə bənzəyirdi.
Tədbirdə diqqət çəkən libaslara siz də nəzər salın istədik:
Zəhra Allahverdiyeva