İran Prezidenti İbrahim Rəisinin qəzaya helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq.
Bu barədə "Tasnim" agentliyi İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Namiyə istinadən məlumat verib.
"Həlak olanların cəsədlərinin yanmasına baxmayaraq, xilasedicilər onların şəxsiyyətini müəyyənləşdirərək təcili tibbi yardım briqadalarına təhvil veriblər", - deyə Məhəmməd Həsən Nami bildirib.
Onun sözlərinə görə, aviaqəzada həlak olanların cəsədləri Təbriz şəhərinə çatdırılıb.
12:22
Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin dəfn mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.
Bu barədə İran lideri ayətullah Əli Xamenei məlumat verib.
"İranda mərhum Prezident Rəisi üçün matəm beş günlük elan edilib", - deyə o qeyd edib.
12:11
"İran prezidentinin olduğu helikopter 2500 metr hündürlükdə yerə çırpılıb və bütün sərnişinlər hadisədən sonra anındaca həlak olublar".
Bu sözləri Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd deyib.
"Müxtəlif qurumların iştirakı ilə mürəkkəb və çətin əməliyyat həyata keçirilib. Hava və görmə çox pis olduğundan əməliyyat ləng gedib. Səhər saat 5-də helikopter iki kilometr məsafədən göründü və ona çatmaq üçün təxminən bir saat vaxt sərf olundu", - deyə Kolivənd bildirib.
11:02
İran prezidenti İbrahim Rəisi və digər rəsmilərin helikopter qəzasında həlak olması ilə əlaqədar ölkədə milli matəm elan olunub.
Həmçinin bu həftə İranda bütün idman tədbirləri də ləğv edilib.
Mənbə: kp.ru
10:50
Helikopter qəzasında həlak olan İran prezidenti və rəsmilərinin Əhvazda vida mərasimi keçiriləcək.
Bununla bağlı "Mehr" agentliyi məlumat yayıb.
Bildirilib ki, İbrahim Rəisi və onunla birlikdə hellikopter qəzasında dünyasını dəyişənlərin vida mərasimi İmam Xomeyni məscidində baş tutacaq.
Oxu.Az