hepatit-c-ile-mubarizede-effektiv-bitki-tapilib

Hepatit C ilə mübarizədə effektiv bitki tapılıb

Vyana Tibb Universitetinin alimləri hepatit C ilə effektiv mübarizə aparmağa qadir olan bitki aşkar ediblər. İnsider.az-ın məlumatına görə, bu barədə “Forschung” elmi portalına istinadla “Lenta.ru” xəbər verir.

Mütəxəssislər qanqalın əsas komponenti olan silibinin maddəsinin xüsusiyyətlərini öyrəniblər.

Alimlər qeyd edir ki, “əhəmiyyətli antivirus effektini” təsadüfən aşkar ediblər. Onlar silibinin antioksidant xüsusiyyətlərini təhlil etməyə cəhd edirdilər.

Onların iddiasına görə, maddə hepatit C-dən sağalmağa kömək etməyə qadirdir. Bununla yanaşı tədqiqatçılar vurğulayırlar ki, qanqala ancaq standart müalicəyə əlavə komponent qismində baxılır.

Samirə Məmmədova