herrac-kecirildi-banklar-dollar-aldi-mebleg

Hərrac keçirildi, banklar dollar aldı - MƏBLƏĞ

08 İyun 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 42,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 03 İyun 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 44,8 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 39 valyuta hərracında banklara 2 milyard 455.72 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.