28 Sentyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 56,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 23 Sentyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 58 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 70 valyuta hərracında banklara 4 milyard 240,52 milyon dollar satılıb.
Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.