herrac-kecirildi-mebleg

Hərrac keçirildi - MƏBLƏĞ

23 Sentyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Marja xəbər verir ki, hərracda tələb 58 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 21 Sentyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 52,2 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 69 valyuta hərracında banklara 4 milyard 183,92 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.